“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 sentyabr 2025

Sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verdi.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundular.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti