Azərbaycan Respublikasının yaranma tarixi
|
28 may 1918-ci il
|
Müstəqilliyin Bərpası Günü
|
18 oktyabr 1991-ci il
|
Birləşmiş Millətlər Təşkilatına üzv olduğu tarix
|
2 mart 1992-ci il
|
Paytaxt
|
Bakı
|
Ərazi
|
86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, o cümlədən 31.1 % otlaq və biçənəklər,31.4% sair torpaqlar). Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.
|
Dövlət dili
|
Azərbaycan dili
|
Pul vahidi
|
Azərbaycan manatı
|
İnzibati ərazi vahidlərinin sayı
|
Muxtar Respublika - 1
Rayonlar - 63
Şəhərlər - 79
Şəhər rayonları - 14
Şəhər inzibati ərazi dairələri - 68
Qəsəbələr - 262
Qəsəbə inzibati ərazi dairələri - 190
Kənd yaşayış məntəqələri - 4246
Kənd inzibati ərazi dairələri - 1724
|
Qonşular
|
Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.
|
Əhali (2024)
|
10,18 milyon nəfər (5,11 mln. – qadınlar; 5,07 mln. – kişilər; şəhər əhalisi – 54,5%, kənd əhalisi – 45,5%)
|
Dövlət quruluşu
|
Respublika
|
Siyasi quruluş
|
Dövlət rəhbəri: 7 il müddətinə seçilən Prezident.
Qanunvericilik hakimiyyəti: 125 deputatdan ibarət Milli Məclis.
|