Dünyanın ən hündür tikilisi olan, Dubaydakı “Bürc-Xəlifə” qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının rənglərinə bürünüb.
Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.
