Dubay şəhərində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
18 noyabr 2019-cu il tarixində Azərbaycan Respuklikasının Dubaydakı Baş konsulluğunun təşkilatçılığı ilə Dubayda yerləşən Böyük Britaniyanın “Middlesex” Universitetində ölməz Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respuklikasının Dubaydakı Baş konsulu Cavidan Hüseynov Azərbaycan Respublikasının Prezidenti Zati ailələləri cənab ilham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Bununla yanaşı Baş konsul İmadəddin Nəsiminin azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu vurğulamış, şairin yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğunu bildirmişdir.
Tədbirin bədii hissəsində şerlər səsləndirilmiş, Nəsiminin sözlərinə bəstlənmiş musiqi iştirakçılara təqdim olunmuşdur.