VVAQ məsələləri
Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının konsulu tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının konsulu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:
- doğum aktının;
- nikah aktının;
- övladlığa götürmə aktının;
- nikahın pozulması aktının;
- atalığın müəyyən edilməsi aktının;
- adın, ata adının və soyadın dəyişdirilməsi aktının;
- ölüm aktının.
Doğum haqqında məlumat Azərbaycan Respublikasının konsulluğuna uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları);
2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. valideynlərin doğum haqqında şəhadətnamələri;
4. valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər;
5. uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə);
6. doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış