2020-12-24

Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitab Dubayın məşhur məkanına təqdim edilib

Ölkəmizin Dubaydakı baş konsulluğu tanınmış müəllif Qrem Uilsonun (Graeme Wilson) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edən "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və dünyanın ən böyük ticarət mərkəzi sayılan “Dubai Mall”da fəaliyyət göstərən “Kinokuniya bookshop” kitab mağazasına təqdim edib.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdən bəhs edən “The Forgotten Conflict” və “Azerbaijan: The Massacre of Innocents” adlı kitab geniş auditoriyaya malik olan bu mağazanın fonduna hədiyyə edilib.

Arxiv üzrə axtarış