2019-11-05

Baş konsul Cavidan Hüseynov BƏƏ-nin Dubay Protokol Departamentinin baş direktoru Xəlifə Səid Süleyman ilə görüşüb.

30 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubay Protokol Departamentinin baş direktoru Xəlifə Səid Süleyman ilə görüşüb.

Baş konsul C.Hüseynov Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirmiş, ikitərəfli əlaqələrimizin hazırkı səviyyəyə çatmasında dövlət başçılarımızın siyasi iradəsi və dostluq münasibətlərinin, eləcə də həyata keçirilmiş yüksək səviyyəli səfərlərin həlledici rolunu vurğulayıb.

Öz növbəsində, X.Süleyman BƏƏ ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını qeyd edib. X.Süleyman ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə olunması və əməkdaşlığın davamlı olaraq genişlənməsinin sevindirici hal olduğunu bildirib.

Görüşün sonunda baş konsul Cavidan Hüseynov Dubay Protokol Departamentinin baş direktoru Xəlifə Səid Süleymana Azərbaycan Respublikası “Diplomatik xidmət orqanlarının 100 illiyi” medalını təqdim etmişdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.

Arxiv üzrə axtarış