2019-02-20

14-cü Beynəlxalq Müdafiə Sərgisi – “IDEX - 2019”

17 fevral 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın himayədarlığı altında  14-cü Beynəlxalq Müdafiə Sərgisi və Konfransı – “IDEX - 2019” və Dəniz Müdafiəsi və Təhlükəsizliyi Sərgisi – “NAVDEX - 2019”-un açılış mərasimi baş tutmuşdur.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant İlham Mehdiyevin rəhbərlik etdikləri nümayəndə heyətləri təmsil etmişdir. Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov da tədbirdə iştirak etmişdir.

17 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov  BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Fəlasi ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

18 fevral 2019-cu il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko görüşmüşdür.

Sərgilər 21 fevral 2019-cu il tarixinədək davam edəcəkdir.

Arxiv üzrə axtarış