2018-11-05

Baş konsul Cavidan Hüseynov “The Diplomat Business Club” və “Diplomat Magazine” tərəfindən təşkil edilmiş tədbirdə iştirak edib.

5 noyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın xatirəsinə həsr olunmuş, “The Diplomat Business Club” və “Diplomat Magazine” tərəfindən Dubay şəhərində təşkil edilmiş diplomatik şam yeməyində iştirak etmişdir.

Qərargahı Birləşmiş Krallıqda yerləşən və BƏƏ-də fəaliyyət göstərən “The Diplomat Business Club” seminar, konfrans, ziyafət və digər fəaliyyətlər vasitəsilə diplomatlar, nüfuzlu iş adamları və ictimaiyyətin tanınmış şəxslərini bir araya gətirən forumdur. Körfəz regionunda ilk diplomatik jurnal olan “Diplomat Magazine” jurnalı sözügedən klubun təşəbbüsüdür.  

Tədbirdə BƏƏ-də akkreditə olunmuş diplomatik və konsulluq korpuslarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, ticarət nümayəndələri, iş adamları, media təmsilçiləri və yerli ictimaiyyətin üzvləri iştirak etmişlər. Fəxri qonağı qismində BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın qızı, xeyriyyəçi və iş xanımı Şeyxa Roda bint Zayed Əl Nəhyan çıxış etmişdir. Mərasimdə Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat və fəaliyyətinə, eləcə də “The Diplomat Business Club”-ın fəaliyyətinə həsr olunmuş video çarxlar nümayiş etdirilmişdir. 

Tədbirdə “The Diplomat Club”-un prezidenti səfir Cavid Malik tərəfindən Baş konsul Cavidan Hüseynova müsbət əlaqələrin və xoşməramlılığın təşviqi istiqamətində göstərdiyi fəaliyyətə görə təşəkkür şəhadətnaməsi təqdim edilmişdir. 

Arxiv üzrə axtarış