Arabian Travel Market 2018
22 aprel 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Yaxın Şərqin ən nüfuzlu, dünyanın ən önəmli turizm və səyahət sərgilərindən biri olan “Arabian Travel Market (ATM) 2018” (“Ərəb Səyahət Bazarı 2018”) adlı tədbir keçirilmişdir. 22-25 aprel tarixləri arasında davam edəcək tədbirə 80-dən çox dövlətdən 2500-dən çox şirkət qatılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı altında 50 Azərbaycan şirkəti iştirak etmiş və “Azerbaijan” stendi altında öz xidmətlərini təqdim etmişlər.
Tədbirdə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubaydakı Baş Konsulluğu və BƏƏ-dəki ticarət nümayəndəliyinin təmsilçiləri iştirak etmişdir.