2018-04-09

9 aprel 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Daşınmaz Əmlak Sərgisi təşkil edilmişdir.

9 aprel 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Daşınmaz Əmlak Sərgisi təşkil edilmişdir.

Daşınmaz əmlak üzrə mütəxəssislər, memarlar, dizaynerlər, yerli və qlobal investisiyanın təşviqi qurumları ilə ciddi biznes layihələrinin icrası üçün platforma rolu oynayan sərgidə 40-a yaxın ölkədən 100-ə yaxın şirkət iştirak etmişdir.

Bu günə qədər sözügedən sərgidə ölkəmizi heç bir şirkət təmsil etməsə də, bu ilk dəfə olaraq “Karvan-L” Şirkətlər Qrupu öz layihəsi ilə çıxış etmişdir. Sərgidə, həmçinin qonşu Gürcüstandan olan şirkətlər təmsil olunsa da, Ermənistandan heç bir şirkət təmsil olunmamışdır.

Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğunun əməkdaşları sərgidə iştirak etmiş və Azərbaycan və digər ölkələrin stendləri ilə yaxından tanış olmuşlar.

Arxiv üzrə axtarış