AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ 2018
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğu ölkə ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.
Səsvermə Baş konsulluğun binasında 2018-ci il aprelin 11-də saat 08:00-dən 20:00-dək keçiriləcəkdir.
Səsvermədə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı ümumvətəndaş pasportunu özünüzlə götürməyiniz zəruridir.