2017-05-08

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü

2017-ci ilin 7 may tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin və Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra, səfir Daşqın Şikarov çıxış edərək, Ümummilli lider H.Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, ulu öndərin ölkəmizə qazandırdığı nailiyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını vurğulamışdır. Baş konsul Pərviz İsmayılzadə çıxışı zamanı Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri olduğunu, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəldiyini qonaqların diqqətinə çatdırıb. Baş Konsul həmçinin qeyd etmişdir ki, heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildiyini, Ümummilli liderimizin müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazandığını qeyd edib. Baş konsul ümummilli liderimizin siyasi kursunu bütün sahələrdə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmış, bütün qazanılmış uğurların təməlində isə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin durduğunu xüsusi qeyd edib.

P.İsmayılzadə Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevanın ölkə daxilində, həmçinin digər xarici ölkələrdə Azərbaycanla bağlı həyata keçirilən bütün layihələrdə yaxından iştirak etdiyini, əlindən gələni əsirgəməyərək Azərbaycanın parlaq gələcəyi uğrunda əzmlə fəaliyyət göstərdiyini fikirlərinə əlavə edib.

Baş konsul 1-ci vitse-prezidentin “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitələrinə sədrlik etdiyini, həmçinin dünyanın bir çox ölkələrində humanitar-xeyriyyə aksiyaları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

P.İsmayılzadə eyni zamanda, müxtəlif sahələrdə beynəlxalq strateji əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkilatçılığına şahid olan cənab Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə sədrliyini də xanım Mehriban Əliyevaya əminliklə həvalə etdiyini vurğulamışdır. Çıxışın sonunda Baş konsul ölkəmizin hüdudlarında dillər əzbəri olan “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsi dövrün reallığını əks etdirən danılmaz həyat həqiqəti olduğunu, Böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımladığını qeyd edib. Çıxışlardan sonra Ümummilli liderin  həyat və siyasi fəaliyyəti haqqında sənədli film, daha sonra isə IV İslam Həmrəyliyi Oyunları haqqında film nümayiş etdirilib.

Tədbirdə həmçinin, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair xüsusi hazırlanmış foto stendlər tədbir iştirakçılarında geniş fikir yaradıb.

Sözügedən tədbirdə MDB ölkələrinin Baş konsulları, ARDNŞ, Azərbaycan Hava Yolları və diasporanın Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Arxiv üzrə axtarış