2016-09-19

Referendumla əlaqədar Dubaydakı konsulluqda hazırlıq işləri başa çatıb.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal Əmirliklərindəki baş konsulluğunda hazırlıq işləri başa çatıb.Baş konsul Pərviz İsmayılzadə AZƏRTAC-a müsahibəsində Dubay və Şimal Əmirliklərindəki vətəndaşlarımızın referendumda sərbəst şəkildə iştirak etmələri, eyni zamanda referendumun yüksək səviyyədə təşkili üçün bütün maddi-texniki hazırlıq işlərinin artıq başa çatdığını vurğulayıb. P.İsmayılzadə 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri olaraq, komissiyanın bütün üzvlərinin böyük şövq və həvəslə ümumxalq səsvermə gününə hazırlaşdıqlarını qeyd edib.Baş konsul həmçinin, təşkil edilən tədbirlər və keçirilən görüşlər zamanı diaspora nümayəndələrinə, azərbaycanlı iş adamlarına, təhsil alan tələbələrə, xarici şirkətlərin Dubay və Şimal Əmirliklərindəki filiallarında çalışan vətəndaşlarımıza referenduma dair ətraflı məlumat verib, komissiya üzvləri ilə təbliğat işinin gedişatı və qarşıda duran vəzifələrə dair vaxtaşırı iclaslar keçirib.
 

Arxiv üzrə axtarış