AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏTƏNDAŞLARINA BİRDƏFƏLİK ELEKTRON VİZA RƏSMİLƏŞDİRİLƏN ÖLKƏLƏRİN SİYAHISI VƏ QAYDALAR

 

Ölkənin adı

Rəsmiləşdirilən vizanın müddəti

1

Qətər

30 gün

2

Oman

30 gün

3

Səudiyyə Ərəbistanı Krallığı

30 gün

4

Bəhreyn

30 gün

5

Küveyt

30 gün

6

Yaponiya

30 gün

7

İndoneziya

30 gün

8

İran İslam Respublikası

30 gün

9

Çin Xalq Respublikası

30 gün

 

10Koreya Respublikası

30 gün

11

Malayziya

30 gün

12

Sinqapur

30 gün

13

İsrail

30 gün

14

Birləşmiş Ərəb Əmirlikləri

30 gün

 

Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:

  1. Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
  2. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
  3. Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
  4. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
  5. Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.

Arxiv üzrə axtarış