Baş konsulun ön sözü

Əziz həmvətənlər,

Hörmətli dostlar,

Sizi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun internet səhifəsində salamlayıram. Səhifəmizdə Azərbaycan-BƏƏ əlaqələri, konsulluq və viza məsələləri, Baş Konsulluq tərəfindən təşkil olunan tədbir və mərasimlər, habelə həyata keçirilən görüşlər barədə məlumat təqdim edilir.

Hazırda Azərbaycan-BƏƏ münasibətləri yüksək səviyyədədir və bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur və həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verir.

Ümidvaram ki, internet səhifəmizdən bəhrələnməklə Azərbaycan-BƏƏ münasibətləri, Azərbaycanın zəngin tarixi və mədəniyyəti, turizm potensialı, eləcə də konsulluq və viza məsələlərinə dair faydalı məlumatlar əldə edə biləcəksiniz.

Sizi internet səhifəmizin imkanlarından faydalanmağa dəvət edir və onun uğurlu fəaliyyəti üçün rəy və təkliflərinizi yüksək qiymətləndirirəm.  

İnternet səhifəmizə baş çəkdiyiniz üçün təşəkkür edirik.

Baş konsul Cavidan Hüseynov

Arxiv üzrə axtarış