2021-02-26

Dubayda erməni silahlılarının azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoguşə yaradılıb

Azərbaycanın Dubaydakı Baş konsulluğunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar baş konsulluğun inzibati binasının önündə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotostend təşkil olunub. Burada yaradılmış xüsusi guşəni ziyarət edən diplomatlarımız və Dubayda yaşayan soydaşlarımız Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, fotostendin önünə gül dəstələri qoyublar.

Baş konsulluğun ərazisində Xocalı qurbanlarının xatirəsinə ağacəkmə kampaniyası da keçirilib.

Arxiv üzrə axtarış