2019-03-27

Baş konsul Cavidan Hüseynov BƏƏ-nin Şarca Əmirliyinin Mülki Aviasiya Departamentinin Prezidenti Şeyx Xalid bin İssam Əl-Qasimi ilə görüşüb.

13 mart 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov BƏƏ-nin Şarca Əmirliyinin Mülki Aviasiya Departamentinin Prezidenti Şeyx Xalid bin İssam Əl-Qasimi ilə görüşmüşdür.

Baş konsul C.Hüseynov Azərbaycanın BƏƏ ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirərək, bu münasibətlərin dinamik inkişafını qeyd etmişdir.

C.Hüseynov Şarca Əmirliyinin ölkənin elmi, mədəni, təhsil və iqtisadi həyatında oynadığı mühüm rola toxunaraq, Şarca hökmdarı Şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin rəhbərliyi altında əmirliyin gündən-günə inkişaf etdiyini vurğulamışdır. Görüşdə X.İ.Əl-Qasimi, həmçinin bildirmişdir ki, Şarca Əmirliyi Birləşmiş Millətlər Təşkilatının ElmTəhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu – UNESCO tərəfindən 2019-cu il üçün Dünya Kitab Paytaxtı seçilmişdir. Bununla əlaqədar olaraq, 23 aprel 2019-cu il tarixində Şarcanın Əl-Məcaz Amfiteatrında “Şarca Dünya Kitab Paytaxtı – 2019”un açılış mərasiminin keçiriləcəkdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.

 

Arxiv üzrə axtarış