2018-11-19

BƏƏ-nin Dubay şəhərində “Dünya Tolerantlıq Zirvəsi 2018” adlı tədbirin açılış mərasimi keçirilib.

15 noyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BƏƏ Beynəlxalq Tolerantlıq İnstitutunun təşkilatçılığı ilə UNESCO-nun təsis etdiyi Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Dünya Tolerantlıq Zirvəsi 2018” adlı tədbirin açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hökmdarı  Şeyx Məhəmməd bin Raşid Əl Məktum, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Əbdüllətif bin Raşid Əz-Zəyyani, Bəhreynin xarici işlər naziri Şeyx Xalid bin Əhməd bin Məhəmməd Əl Xəlifə, BƏƏ-nin Federal Milli Şurasının sədri xanım Amal Əl-Qubeysi, BƏƏ-nin tolerantlıq naziri və Beynəlxalq Tolerantlıq İnstitutunun katiblər şurasının sədri Şeyx Nəhyan Mubarak Əl Nəhyan, həmçinin digər yüksək vəzifəli şəxslər iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğunun nümayəndəsi iştirak etmişdir.

Tədbir çərçivəsində ümumilikdə 2000-ə yaxın dövlət rəsmisi və mütəxəssis, o cümlədən nazirlər, səfirlər, diplomatlar, regional və beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, akademik dairələrin nümayəndələri və digərləri iştirak etmişdir.

Zirvə çərçivəsində tolerantlıq, sülh, multikulturalizm, radikalizmlə mübarizə və s. kimi mövzulara həsr olunmuş 6 müzakirə iclası təşkil olunmuş və 31 lider çıxış etmişdir.

Arxiv üzrə axtarış