2020-01-30
Baş Konsul Cavidan Hüseynov BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Məktum bin Butti Əl-Məktum ilə görüşüb

28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulu Cavidan Hüseynov BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru vəzifəsinə yeni təyin olunmuş Məktum bin Butti Əl-Məktum ilə görüşmüşdür.

Qəbula görə təşəkkürünü bildirən Cavidan Hüseynov, fürsətdən istifadə edərək, yeni təyin olunması munasibətilə Məktum bin Butti Əl-Məltumu təbrik etmiş, ona yeni işində uğurlar arzulamışdır.

Görüş zamanı, Baş Konsul 2019-cu ili ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca səmərəli keçdiyini, yüksək səviyyəli səfər və görüşlərə müşayiət olunduğunu, iqtisadi münasibətlərin bir çox sferalarında müsbət göstəricilərin qeydə alındığını diqqətə çatdırmış və 2020-ci ildə əməkdaşlığın daha geniş şəkildə aparılacağına əmin olduğunu diqqətə çatdırmışdır.

Öz növbəsində, Məktum bin Butti Əl-Məktum bu görüşdən məmnunluğunu və səmimi təbrikə görə minnətdar olduğunu bildirdi. Hazırda BƏƏ-Azərbaycan əlaqələrinin ən yüksək dövrlərindən birini yaşadığını qeyd edən Məktum bin Butti Əl-Məktum, eyni zamanda Azərbaycanın BƏƏ-nin strateji tərəfdaşı olmasının ölkəsi üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdi.

növbəti xəbər əvvəlki xəbər