2019-12-04
“Son İclas” bədii-sənədli filmin nümayişi

Noyabrın 26-sı 2019-cu il tarixində Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğunda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Təqdimatda, AR-nın BƏƏ-ki Səfiri Mahir Əliyev, Baş Konsul Cavidan Hüseynov və BƏƏ-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər