2019-11-20
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Birlik qaçışı”(“Unity Run”) adlı xeyriyyə marafonu

15 noyabr 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Birlik qaçışı” (“Unity Run”) adlı xeyriyyə marafonu təşkil edilmişdir. Tədbir Əlahəzrət Şeyx Mənsur bin Məhəmməd bin Rəşid Əl Məktumun dəstəyi ilə baş tutmuşdur. Burada eyni zamanda müxtəlif dövlətlərin o cümlədən Azərbaycan Respuklikasının Dubaydakı Baş konsulluğunun təşkilatçılığı ilə ölkəmizin xeyriyyə stendi qurulmuşdur. Ölkəmizə ayrılan stenddə “Made in Azerbaijan” brendi adı altında Azərbaycan məhsulları tədbir iştirakçılarına təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər