2019-04-28
“Arabian Travel Market (ATM) - 2019”

28 aprel 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi və nüfuzlu beynəlxalq turizm sərgilərindən olan “Arabian Travel Market (ATM) 2019” tədbiri baş tutmuşdur. 28 aprel-1 may tarixləri arasında davam etmiş sərgiyə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2500-ə yaxın şirkət qatılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilati dəstəyi ilə 28 Azərbaycan şirkəti iştirak etmiş və “Azerbaijan” stendi altında öz xidmətlərini təqdim etmişlər.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev tədbirdə iştirak etmişlər.

Azərbaycan nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin rəhbərinin baş müşaviri, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid rəhbərlik etmişdir.

Sərginin ilk günündən Azərbaycan stendi çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı mütəxəssislərinin diqqətini cəlb etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər