2019-01-28
Baş konsul Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Əbdürrəhman Ğanim Əl-Muteyva ilə görüşüb.

28 yanvar 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Əbdürrəhman Ğanim Əl-Muteyva ilə görüşmüşdür.

Qəbula görə təşəkkürünü bildirən C.Hüseynov, fürsətdən istifadə edərək, ötən il ərzində BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisi tərəfindən göstərilmiş sıx əməkdaşlığa görə Ə.Əl-Muteyvaya dərin təşəkkürünü ifadə etmişdir.

O, iki ölkə arasında turizm, ticarət, nəqliyyat, energetika, sənaye və kənd təsərrüfatı sahələrində intensiv əməkdaşlıq aparıldığını qeyd edərək, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişdir. C.Hüseynov ikitərəfli əlaqələrin hazırkı səviyyəyə çatmasında dövlət başçılarımızın siyasi iradəsi və dostluq münasibətlərinin həlledici rolunu vurğulamışdır.

Öz növbəsində, Ə.Əl-Muteyva hazırda BƏƏ-Azərbaycan əlaqələrinin ən yüksək dövrlərindən birini yaşadığını qeyd edərək, Azərbaycanın BƏƏ-nin strateji tərəfdaşı olduğunu diqqətə çatdırmışdır. O, ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrdə müsbət dinamikanın müşahidə olunması və əməkdaşlığımızın davamlı olaraq genişlənməsinin sevindirici hal olduğunu bildirmişdir.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər