2019-01-10
Baş konsul Cavidan Hüseynov Dubay Bələdiyyəsinin baş direktoru Davud Əl-Haciri ilə görüşüb.

9 yanvar 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Bələdiyyəsinin baş direktoru Davud Əl-Haciri ilə görüşmüşdür.

Baş konsul Cavidan Hüseynov Azərbaycanla BƏƏ arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə uğurla davam etdiyini və hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrimizin ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırmışdır.

C.Hüseynov, həmçinin son illərdə Azərbaycanda bütün sahələrdə sürətli inkişafın getdiyini bildirmiş və D.Əl-Hacirini Azərbaycana səfər etməyə dəvət etmişdir.

Öz növbəsində, baş konsul C.Hüseynovu salamlayan Dubay Bələdiyyəsinin baş direktoru Davud Əl-Haciri onu qəbul etməkdən şad olduğunu ifadə etmişdir. O, daha öncə iki dəfə Azərbaycanda olduğunu qeyd edərək, 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi olarkən Bakı şəhərində təşkil olunmuş İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizə səfər etdiyini bildirmişdir. D.Əl-Haciri fürsət yarandığı təqdirdə ölkəmizə səfər edəcəyini bildirmişdir.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular müzakirə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər