2019-01-06
Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirildi.

4 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyi, Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu, Dubay şəhərində fəaliyyət göstərən “Baku Cafe” restoranının təşkilatçılığı və Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert tədbiri keçirilmişdir.

Dubayın məşhur "City Walk Dubai" meydanında baş tutmuş konsertdə Azərbaycan pop musiqisinin populyar nümayəndələri - müğənni və bəstəkar, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva və milli mükafatlar laureatı, gənc müğənni Xəyyam Nisanov “Hicaz” musiqi qrupunun müşayiəti ilə sevilən mahnılarla çıxış etmişlər.  

Tədbirdə Azərbaycan Respublikasının BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov, Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycan Respublikasının BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, “Beat Grop”un baş direktoru Murad Babayev, Azərbaycan diasporunun, KİV və Dubay şəhərindəki diplomatik korpusun nümayəndələri, iş adamları, media təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və Dubay şəhərinin qonaqları iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər