2018-12-11
Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov tədbirə qatılan Azərbaycan icmasının fəalları qarşısında nitqlə çıxış etmişdir.

Daha sonra Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov qonaqlar qarşısında çıxış edərək, müasir Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev öz nitqində ümummilli lider Heydər Əliyevin fövqəladə şəxsiyyətindən söz açmış, Azərbaycanın bugünkü nailiyyətlərinin, bilavastə, çətin 90-cı illərdə Heydər Əliyev tərəfindən qoyulmuş təməllər üzərində qurulduğunu ifadə etmişdir.

Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə ARDNŞ, Azərbaycan Hava Yolları, Azərbaycan icmasının nümayəndələri, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak etmişdir.

 

 

 

 


 

növbəti xəbər əvvəlki xəbər