2018-04-12
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı səsvermə keçirildi

Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki Səfirliyində və Dubaydakı Baş Konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermə keçirilib.

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulu Cavidan Hüseynov Azərbaycan vətəndaşları və Dubayda müvəqqəti olan seçicilərimizin sərbəst və demokratik şəkildə öz iradələrini ifadə etdiklərini qeyd edib.

Seçki məntəqəsinə səs verməyə gələn Əbülfəz Qafarov bildirib ki, səsvermə prosesi çox rahat və şəffaf keçir. İnsanlar seçki məntəqəsinə gələrək sərbəst şəkildə öz vətəndaşlıq borcunu yerinə yetirir. “Mən sərgidə iştirak məqsədilə hazırda Dubay şəhərindəyəm. Prezident seçkilərinin vaxtını bildiyimdən seçkilərdə iştirak etmək üçün qeydiyyatdan çıxma vəsiqəsi almışam”, – deyə o bildirib.

Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynovun məlumatına əsasən, seçki məntəqəsindəki səsvermədə 188 seçici iştirak edib (95,4 %).

növbəti xəbər əvvəlki xəbər