İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat (qısa):

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 1994-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı Səfirini Azərbaycana akkreditə etmişdir.

2001-ci ilin fevral ayında Eldar Səlimov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

2012-ci ilin sentyabr ayında Pərviz İsmayılzadə Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərin Baş Konsulu təyin edilmişdir.

  İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

2003-cü ilin 8 iyul tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında" Saziş imzalanmışdır. Saziş; Bununla əlaqədar Bakı şəhəri, 5 dekabr 2003-cü il tarixli, №  533-IIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2004-cü ilin 25 aprel tarixində Abu-Dabi şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır; Bununla əlaqədar Bakı şəhəri, 19 iyun 2004-cü il tarixli, № 315 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Saziş təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Abu-Dabi şəhərində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır; Bununla əlaqədar Bakı şəhəri, 12 mart 2007-ci il tarixli, № 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anlaşma Memorandumu təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Abu-Dabi şəhərində "Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında" Müqavilə imzalanmışdır; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, № 292-IIIQ nömrəli Qanun ilə Müqavilə təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Abu-Dabi şəhərində "Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" Müqavilə imzalanmışdır; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, № 293-IIIQ nömrəli Qanun ilə Müqavilə təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Abu-Dabi şəhərində "Azərbaycan Respublikası və Birləşmiş  Ərəb  Əmirlikləri  arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Müqavilə imzalanmışdır; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, № 294-IIIQ nömrəli Qanun ilə Müqavilə təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Əbu-Dabi şəhərində “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya” imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  296-IIIQ nömrəli Qanun ilə Konvensiyanın Protokolu təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Əbu-Dabi şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş  Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  297-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində Əbu-Dabi şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  298-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2006-cı il noyabrın 20-də Əbu-Dabi şəhərində “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş” imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  299-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2006-cı il noyabrın 20-də Əbu-Dabi şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  300-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2006-cı ilin 20 noyabr tarixində  Əbu-Dabi şəhərində "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 10 aprel 2007-ci il tarixli, №  301-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2007-ci il may ayında Dubay şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 01 oktyabr 2007-ci il tarixli, №  413-IIIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2007-ci ilin 10 dekabr tarixində Əbu-Dabi şəhərində "Azərbaycan
Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 31 yanvar 2008-ci il tarixli, №  2646 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Saziş təsdiq edilmişdir.

2010-cu ilin 9 iyun tarixində Bakı şəhərində "Azərbaycan Respublikası höküməti və Birləşmiş Ərəb Əmirlikləri höküməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu  imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 30 sentyabr 2010-cu il tarixli, № 1062-IIIQ nömrəli Qanun ilə Anlaşma Memorandumu təsdiq edilmişdir.

2011-ci ilin 21 mart tarixində Abu-Dabi şəhərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 7 iyun 2011-ci il tarixli, № 445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Anlaşma Memorandumu təsdiq edilmişdir.

2011-ci ilin 3 may tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 30 sentyabr 2011-ci il tarixli, № 192-IVQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir.

2015-ci ilin 2 aprel tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 22 may 2015-ci il tarixli, № 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Anlaşma Memorandumu təsdiq edilmişdir.

2015-ci ilin 2 aprel tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Qurumu arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmış; Bununla əlaqədar Bakı şəhəri, 22 may 2015-ci il tarixli, № 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Anlaşma Memorandumu təsdiq edilmişdir.

 2016-cı ilin 2 fevral tarixində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilmişdir

 2017-ci ilin 20 may tarixində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metreologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu” təsdiq edilmişdir

 

  Əsas yüksək səviyyəli səfər və görüşlər:

2013-cü ilin 18-21 fevral tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirilib və iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında öz həmkarına məlumat verib və nazirlər arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2013-cü il sentyabrın 16–sında Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında Əməkdaşlıq haqqında İşçi Proqramı imzalanmışdır.

2014-cü ilin aprelin 22-də İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ölkələrimiz arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texnikiəməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif etmişdir.

2015-ci ilin dekabrın 11-14-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyn Azərbaycana səfərdə olmuşdur. Bakıda Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının büro iclası keçirilib. Səfər zamanı Şahzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdür.

2015-ci ilin aprelin 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun rəsmi qarşılanma mərasimi olub. Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu. Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Aprelin 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzaladılar. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzaladılar.

 Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il mayın 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olub.

2016-cı ilin 1-2 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər etmişdir. Prezident İlham Əliyevin Əbu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə etdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıldı. Dövlətimizin başçısı məlumat verdi ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd etdi. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edildi, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

2016-cı ilin 17-21 oktyabr tarixlərində Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərrinin dəvəti və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin və Dubaydakı Baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dubay Əmirliyinə səfər etmişdir. Nümayəndə heyəti “GİTEX 2016” texnologiya həftəsi sərgisində iştirak etmişdir. Firudin Nəbiyev ilə M. Əl-Mərri arasında geniş tərkibdə görüş keçirilmiş və görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından bəhs edilmişdir. Geniş müzakirələrdən sonra Dubay Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin fəaliyyət istiqamətlərinə dair video təqdimat mərasimi olmuşdur.

2016-cı ilin 8-10 fevral tarixlərində Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.Tədbirin “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

2017-ci ilin 28 mart tarixində Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti  İnterpolun və Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Əbu-Dabi şəhərində keçirilən «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirak etmək üçün  Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfər etmişdir.

Martın 28-də öz işinə başlayan tədbir  Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın  himayəsi ilə baş tutub.Tədbirdə çıxış edən bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan bu konfransın hüquq mühafizə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini bildirib və xüsusən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə əlverişli zəmin yaradacağını qeyd edib.

 

2017-ci ilin 11-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə  Dubay şəhərində keçirilən V Dünya Hökumətlər Sammitində (World Government Summit) dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər iştirak etmişdir.Azərbaycanı Sammitdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycan Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və bu qurumun aparat rəhbəri Azad Cəfərli təmsil etmişlər.

2017-ci ilin  22-23 mart tarixlərində Şarca əmirliyində “VI Beynəlxalq Hökumət Rabitəsi Forumu – 2017” (The İnternational Government Communication Forum -2017) keçirilmişdir. Forum BƏƏ-nin Ali Şurasının üzvü, Şarca əmirliyinin hakimi Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasiminin himayəsi altında təşkil olunmuşdur.Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə forumda iştirak edən Baş nazirin müavini Əli Əhmədov eyni zamanda, tədbirə fəxri qonaq qismində qatılıb. Baş nazirin müavini dövlətimizin başçısının salamlarını və xoş arzularını Şarca hakiminə çatdırıb.Görüşdə Əli Əhmədov ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və Azərbaycanın bu əlaqələri bütün sahələrdə inkişaf etdirmək istəyini diqqətə çatdırıb. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, münaqişənin həllində BƏƏ-nin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünu bildirib.

2017-ci ilin 21-22 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan Azərbaycana rəsmi səfər etmişdir. Nazir Azərbaycan Respublikasının Örezidenti Zati-aliləri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Səfər çərçivəsində "Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metreologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

2017-ci ilin 11-13 sentyabr tarixlərində “Dubai World Trade Center”də “Cityscape Global” daşınmaz əmlaka investisiya qoyuluşu və inkişafı yolları adlı regionun ən böyük sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Sərgi çərçivəsində Komitə sədri Dubayın ixtisaslaşmış rieltor şirkətləri ilə görüşlər keçirmiş, körfəz regionunun aparıcı əmlak investorlarına Azərbaycanda yerli və xarici sərmayəçilər üçün yaradılmış əlverişli şərait haqqında ətraflı məlumat vermişdir.

 

2017-ci ilin 19-20 aprel tarixlərində BƏƏ-nin Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir. Komissiyanın AR tərəfdən həmsədri Azərbaycan Respublikası İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müxtəlif səmərəli görüşlər keçirilmişdir.

2017-ci ilin 04-05 dekabr tarixlərində “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO, AR-ın BƏƏ-dəki səfirliyi və Baş konsulluğunun təşkilatçılığı ilə baş tutmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxil edilmişdir.

Məlumatın son yenilənmə tarixi 07.12.2017