2019-02-26
Dubayda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Ölkəmizin Dubaydakı baş konsulluğu tərəfindən təşkil edilən tədbirdə diplomatlar, Dubayda və Əbu-Dabidə yaşayan həmvətənlərimiz, habelə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Baş konsulluğun əməkdaşı Tamerlan Qarayev çıxış edərək Xocalı soyqırımı və bu qanlı faciə qurbanlarının xatirəsinin hər il Azərbaycanda və digər ölkələrdə ehtiramla yad edildiyini bildirib.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.

Tədbir iştirakçıları “Xocalı soyqırımı” adlı fotosərgiyə baxıblar.

Sonda iştirakçılara Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumatların yer aldığı kitablar paylanılıb.

növbəti xəbər əvvəlki xəbər